ƏMDK tərəfindən 72 minədək müraciət təmin edilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən  indiyədək 72 minə yaxın müraciət təmin olunub.

Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakların sayı, eləcə də əmlak xidmətləri ilə bağlı vətəndaşların müraciətləri ilbəil yüksəlir. 2016-cı ildə bütün qeydiyyat xidmətləri üzrə 500 minə yaxın müraciətə baxılıb. Belə xidmətlərə çıxarışın alınması, ilkin mülkiyyət sənədlərinin qəbulu, yüklülük və digər əmlak arayışlarının alınması, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı, texniki ölçmə işlərinin aparılması və digər xidmətlər aiddir.

Bu işlər və eləcə də qeydiyyat prosesinin sadə olması vətəndaşları əmlaklarını sənədləşdirməyə stimullaşdırır, qeydiyyata olan ictimai marağı artırır. Komitənin bütün ölkəni əhatə edən “Kütləvi çıxarış” kampaniyası ötən il 28 şəhər və ya rayonda keçirilib. Kampaniyaya start verildiyi tarixdən indiyədək 10 minə yaxın insan kampaniyadan faydalana bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır