“Accessbank”ın sədr müavini vəzifəsindən ayrılıb

“Accessbank” QSC-nin İdarə Heyətinin sədr müavini Şakir Rəhimov işdən çıxıb.

Xatırladaq ki, “Accessbank” 2002-ci ildə “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” kimi fəaliyyətə başlayıb, 2008-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 85 mln. manatdır. Bankın səhmdarları hər biri 20% paya malik olmaqla Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniyanın “KfW” inkişaf bankı, eləcə də 16,53% payla “Access Microfinance Holding AG” və 3,47% payla Almaniyanın “LFS Financial Systems GmbH.” şirkətləridir.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır