Ötən il ARDNF VTB-dən 402 milyon rubl (6 milyon ABŞ dolları) məbləğində dividend əldə edib. Bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, ümumilikdə ARDNF VTB-dən dividend şəklində 1,2 mlrd. rubl (təqribən 25,3 milyon ABŞ dolları) məbləğində gəlir əldə edib. “VTB öz strategiyasına uyğun olaraq stabil dividendlər ödəməyi üstün tutur. Buna baxmayaraq, dividend siyasəti Müşahidə Şurasının tövsiyəsi və səhmdarların Ümumi Yığıncağının qərarı ilə müəyyənləşdirilir və təbii ki, bu siyasətdə dəyişiklik baş verərsə, buna uyğun olaraq dividend məbləği də dəyişə bilər”, – deyə o bildirib.
Mənbə: apa.az