Bağlanılan Yaşıl Kart müqavilələrinin sayı məlum olub

Yanvar ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1 376 beynəlxalq sığorta müqaviləsi bağlanılmışdır. Bu müqavilələrdən 674 müqavilə Türkiyə və İran İslam Respublikasına, 634 müqavilə isə Rusiya, Moldova və Ukrayna Respublikasına, 68 müqavilə isə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur. Yanvar ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 91 866 manat təşkil etmişdir. Yaşıl kart üzrə bağlanılan müqavilələrin 1078-i minik, 150-ü yük, 134-i qoşqu, 14-ü isə avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır