Azərbaycan Respublikası Mərkəzi Bankının Statistik Bülleteninə əsasən, 2017-ci ilin yanvar ayının əvvəlinə manatla olan əmanətlər üzrə orta faiz dərəcəsi 6,50%, xarici valyuta ilə olan əmanətlər üzrə isə 4,66% təşkil edib.
Manatla olan depozitlər üzrə orta faiz dərəcəsi 2016-cı ilin dekabr ayının əvvəlinə olan göstərici ilə müqayisədə 0,14 faiz bəndi artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,58 faiz bəndi azalıb.
Xarici valyuta ilə olan depozitlər üzrə faiz dərəcəsi isə 2016-cı ilin dekabr ayının əvvəlinə olan göstərici ilə müqayisədə 0,02 faiz bəndi azalmış, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,4 faiz bəndi azalıb.