Ötən ay ÜDM artıb

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 5233,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Əlavə dəyərin 47,7 faizi sənayedə, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,8 faizi tikinti, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə, 15,9 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1 faizini təşkil edir.

Qeyd edək ki, əhalinin hər nəfərinə düşən ÜDM 539,8 manata bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır