ÜDM-nin sektorlar üzrə bölgüsü necədir?

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2017-ci ilin yanvar ayında 3,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çox sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 72,3 faizi mədənçıxarma sektorunda, 22,3 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 4,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8,3 faiz artıb.

Emal sektorunda içkilərin istehsalı 32,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 3,0 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 65,2 faiz, kağız və karton istehsalı 17,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,4 dəfə, tikinti materiallarının istehsalı 2,4 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 35,2 faiz, hazır metal məmulatlarının istehsalı 27,3 faiz, kompüter və elektron məhsulların istehsalı 3,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 4,6 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 23,6 faiz, mebel istehsalı 81,5 faiz artıb, qida məhsullarının istehsalı 3,5 faiz, tütün məmulatlarının istehsalı 43,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 24,7 faiz, poliqrafiya məhsullarının istehsalı 67,4 faiz, neft məhsullarının istehsalı 10,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,7 faiz, maşın və avadanlıqların istehsalı 55,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 55,4 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,8 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,0 faiz azalıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13,0 faiz artıb, neft sektorunda isə 1,0 faiz azalıb.

İstehsal edilmiş sənaye məhsulununn böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 fevral 2017-ci il vəziyyətinə 565,0 milyon manatlıq hazır məhsul olub.

Kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı, yanvar ayında diri çəkidə 38,1 min ton ət, 150,2 min ton süd, 145,4 milyon ədəd yumurta, 6,0 min ton tərəvəz istehsal olunub. 2016-cı ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 2,0 faiz, yumurta istehsalı 2,9 faiz, tərəvəz istehsalı 1,9 dəfə artıb.

Qeyd edək ki, kənd təsərrüfatının ümumi məhsulu 3,5 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 33,2 faiz, heyvandarlıq məhsulları istehsalı 2,9 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır