Özəlləşdirmə nəticəsində 300 mindən çox iş yeri yaradılıb

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində sahibkarlıq sektorunda 300 mindən artıq iş yeri yaradılıb, 250 mindən çox şəxs səhm sahibi olub, ümumilikdə 1,2 milyondan artıq ölkə vətəndaşı bu və ya digər formada özəlləşdirmədən faydalanıb.

Bu haqda BBN.az Vergilər qəzetinə əsasən məlumat verir.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar” mövzusunda işgüzar forumda Komitənin sədri Kərəm Həsənov bildirib ki, ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Finlandiya və digər dövlətlərin investorları özəlləşdirmədə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır