Neft nəhəngi bu ölkədən ayrıldı

Rusiyanın nəhəng neft şirkəti Lukoil son aktivlərini də sataraq Ukrayna bazarından ayrılıb.

Şirkətdən verilən açıqlamada Ukraynanın Ivano-Frankivsk bölgəsində yer alan Karpatneftekhim obyektinin Lukoil-ə aid olan səhmlərinin 100%-nin satıldığı bildirilib.

Qeyd edək ki, Lukoil-in rəhbəri Vaqit Ələkbərov bir müddət əvvəlki açıqlamasında sözügedən aktivlərini 100-350 milyon dollara satacağını bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır