Plastik kartların istifadəyə verilməsindən sonra fırıldaqçılığın (fraud) yeni bir istiqaməti yarandı. Bu hal daha çox kartların elektron olaraq istifadə edildiyi halda özünü göstərir. Bu hala kartın iştirakı olmadan (Card not present ) alış-veriş deyilir. Card not present – CNP hesablaşmaları (CNP, MO/TO, Mail Order / Telephone Order, MOTOEC) ödəniş kartı ilə hesablaşma növüdür. İngilis dilindən tərcümədə “card not present” kartın fiziki formada mövcud olmadığı hesablaşmaları ifadə edir. Bu hesablaşmalara misal olaraq, e-mail, faks, telefon və ya internet üzərindən edilən ödənişləri misal göstərə bilərik.
CNP hesablaşmaları kredit kartı ilə bağlı saxtakarlıqlar üzrə böyük risklər daşıyır, çünki ödənişi qəbul edənlər üçün ödənişin kartın həqiqi sahibi tərəfindən həyata keçirildiyini dəqiqləşdirmək çətindir.
Əgər hər hansı saxta bir CNP hesablaşması aşkar olunarsa, bu zaman benefisiar (ödənişi qəbul edən) şəxsin hesabının bağlı olduğu bank məbləği geri qaytarmalıdır. Ödəniş kartlarının birbaşa fiziki olaraq iştirak etdiyi hesablaşmalar zamanı yaranan saxtakarlıq hallarında isə ödənişi geri qaytarmaq məsuliyyəti kartın emitentinə aiddir. Daha böyük risklər daşıdığına görə adətən, kart emitentləri ödənişləri CNP əməliyyatları ilə qəbul edən benefisiarlara daha yüksək məbləğlərdə əməliyyat haqqı tətbiq edirlər.
Kartların təhlükəsizlik kodu CNP hesablaşmaları zaman yaranan saxtakarlıqların qarşısını almaq üçün formalaşdırılıb.
Əgər hesablaşmalar zamanı kart mövcud deyilsə, bu zaman benefisiarlar ödənişi həyata keçirən şəxslərə etibar etmək məcburiyyətindədir.
Daha kiçik əməliyyatlar normalda daha az araşdırılır və risk ehtimalları aşağı olur, buna görə də CNP üzrə əməliyyatlar aparan benefisiarlar risklərə və itkilərə qarşı daha tədbirli davranmalı, kartların qəbul edilməsi zamanı daha yüksək haqq ödəməlidirlər.
Sahibkarlar bu halların qarşısının alınması tədbirlərini inkişaf etdirərək, birdəfəlik istifadə üçün kodlar yaratsalar da nəticə çox da uğurlu olmayıb. Müştərilər kredit kartlarını maneəsiz istifadə etmək istəyirlər və qanunvericilik də saxtakarlıq halları üzrə məsuliyyətinin böyük hissəsini banklara yüklədiyindən müştərilər əlavə təhlükəsizlik tədbirləri almağa maraq göstərmirlər.