Beynəlxalq Reyting Agentliyi “Fitch Rating” Azərbaycan İpoteka Fondunun reytinqini təsdiqləyib. Belə ki, Fondun reytinqi “BB+” olaraq, qiymətləndirilib. Reytinqin proqnozu isə neqativdir.
Agentliyin açıqlamasına əsasən, Fondun reytinqi Azərbaycanın reytinqi (BB+ və neqativ) ilə eyniləşdirilib. Səbəb isə Fondun fəaliyyətinin ölkə daxili ipoteka maliyyələşdirməsində xüsusi rol oynaması və birbaşa dövlətin nəzarətində olmasıdır. Həmçinin Fondun reytinqinə təsir edən digər amil buraxdığı istiqrazlara Mərkəzi Bankı tərəfindən geri-alma qarantiyası verilməsidir.