POS terminal komissiyasına görə bankların sıralaması – SİYAHI

Qanunvericilikdə baş verən dəyişikliklər nəticəsində son dövrdə nağdsız hesablaşmalara keçiddə canlanma müşahidə edilir.  Nağdsız hesablaşmaların artmasını təmin edəcək digər bir amil bu növ ödənişləri  qəbul edə bilən pərakəndə ticarət məntəqələrin artmasıdır. Bu isə həmin ticarət obyektlərində POS terminalların quraşdırılması ilə həyata keçirilir.  Bu qurğulardan istifadə sahibkara müəyyən üstünlüklər (inkassator xidmətlərinə ehtiyacın azalması, səhv hesablaşmaların qarşısının alınması və s.) verir. Lakin bu xidmətin özü də sahibkarlardan müəyyən komissiya tələb edir. Hazırda bankların təklif etdiyi POS terminallar üzrə bu komissiya 0.9-5% arasında dəyişir.

BBN.az portalı olaraq, POS terminallar üzrə ödənişlərdən tutulan komissiyaya görə bankların sıralamasını sizə təqdim edirik. Həmçinin bu cədvəldə POS terminallar ilə bağlı digər şərtlər də əks etdirilib.

Sıra Banklar Komissiya haqqı Şərtlər
1 DəmirBank ASC 0.90% İlkin ödəniş tələb olunmur. Komissiya haqqı 0.9% təşkil edir.
2 Azərbaycan Beynəlxalq Bankı ASC 0.90% İlkin ödəniş tələb olunmur. Ətraflı məlumat üçün: https://www.ibar.az/site/assets/files/1823/huquqi_shexsler-1.pdf
3 AccessBank QSC 1% İlkin ödəniş tələb olunmur. Bankın öz kartlarından istifadə zamanı 1%, digər kartlarla əməliyyatlar üçün 2% komissiya haqqı tutulur.
4 AFB Bank ASC 1.00% İlkin ödəniş tələb olunmur. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün  1%, digər kartlarla əməliyyatlar üçün 2.5% komissiya haqqı tutulur.
5 Amrahbank ASC 1% İlkin ödəniş 1000-1500 AZN və depozit məbləği 200 AZN tələb olunur. Aylıq ödənişlər 15 AZN təşkil edir. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün  1%, digər kartlarla əməliyyatlar üçün 2% komissiya haqqı tutulur.
6 Bank Respublika ASC 1%  “Paykart” partnyorlar üçün ilkin ödəniş 0 AZN, komissiya haqqı isə 1-2% təşkil edir.
7 Bank VTB (Azərbaycan) ASC 1% İlkin ödəniş yoxdur, depozit məbləği 240 AZN təşkil edir. Bankın öz kartlarından istifadə zamanı 1%, “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün 1.2%, digər kartlarla əməliyyat zamanı isə 2.6% komissiya haqqı tutulur.
8 Rabitəbank ASC 1% İlkin ödəniş tələb olunmur. Depozit məbləği 500 AZN təşkil edir. Prosessinq daxili əməliyyatlara görə 1%, prosessinq xarici əməliyyatlara görə isə 2% komissiya haqqı tutulur. Xüsusi hallarda 0.5%-lik komissiya haqqı da tətbiq oluna bilər.
9 Silk Vey Bank ASC 1% İlkin ödəniş tələb olunmur. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün 1%, digər kartlarla əməliyyat zamanı isə 2.5% komissiya haqqı tutulur.
10 TuranBank ASC 1% İlkin ödəniş tələb olunmur. Depozit məbləği 600 AZN təşkil edir. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün 1%, digər kartlarla əməliyyat zamanı isə 3% komissiya haqqı tutulur.
11 Azər Türk Bank ASC 1.00% İlkin ödəniş tələb olunmur. Komissiya haqqı Visa və Mastercardla əməliyyatlar zamanı 1%- dən başlayır, 2.55 %- ə qədər qalxır. American Express kartları üzrə komissiya 4% dir, əməliyyatın tipindən asılı olaraq 5% və ondan yuxarı ola bilər.
12 Muğanbank ASC 1.18% İlkin ödəniş tələb olunmur. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün 1.18%, digər kartlarla əməliyyat zamanı isə 3.18% komissiya haqqı tutulur.
13 Expressbank ASC 1.20% İlkin ödəniş tələb olunmur, depozit məbləği 250 AZN təşkil edir. “MilliKart” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün  1.2%, digər kartlarla əməliyyatlar üçün 2.2% komissiya haqqı tutulur.
14 AtaBank ASC 1.30% İlkin ödəniş tələb olunmur. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün  1.3%, digər kartlarla əməliyyatlar üçün 2.6% komissiya haqqı tutulur.
15 Caspian Development Bank ASC 1.50% İlkin ödəniş tələb olunmur. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün  1.5%, digər kartlarla əməliyyatlar üçün 2.8% komissiya haqqı tutulur.
16 Günay Bank ASC 1.50% İlkin ödəniş tələb olunmur. “MilliKart” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün  1.5%, digər kartlarla əməliyyatlar üçün 2.5% komissiya haqqı tutulur.
17 Unibank KB ASC 1.50% Hər quraşdırılan pos terminal üçün 15 AZN ödəniş tələb olunur. Aylıq xidmət haqqı hər pos-terminal üçün 15 AZN təşkil edir. Əməliyyat Komissiyası isə 1,5%-dir.
18 Bank Avrasiya ASC 1.83% İlkin ödəniş tələb olunmur. Yerli əməliyyatlar zamanı 1.83%, xarici əməliyyatlar zamanı isə 2.83% komissiya haqqı tutulur.
19 PAŞA Bank ASC 2% İlkin ödəniş 300 AZN təşkil edir. POS terminal supermarketlərdə quraşdırılmışdırsa komissiya haqqı 2%, digər hallarda isə 2.2% təşkil edir.
20 NİKOYL Bank İKB ASC 2.18% İlkin ödəniş tələb olunmur. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün 2.18%, digər kartlarla əməliyyat zamanı isə 3.20% komissiya haqqı tutulur.
21 AGBank ASC 3% İlkin ödəniş tələb olunmur. “Azərikard” prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün  2.5%, digər kartlarla əməliyyatlar üçün 3.5% komissiya haqqı tutulur.
22 Bank BTB ASC 2.50% İlkin ödəniş tələb olunmur. Komissiya haqqı 2.5% təşkil edir.
23 Yapı Kredi Bank Azərbaycan QSC 2.50% Taksit imkanları yaradan sahibkarlar üçün ilkin ödəniş pulsuz, digərləri üçün isə 15 AZN təşkiledir.
24 Xalq Bank ASC Razılaşma yolu ilə İlkin ödəniş tələb olunmur, depozit məbləği 500 AZN təşkil edir. Komissiya haqqı üzrə məbləğ razılaşma yolu ilə təyin olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır