09 mart 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu» ASC – nin (AİF) AZ2012008689 dövlət qeydiyyat nömrəli, faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir.
İstiqrazların buraxılış parametrləri aşağıdakılardır:
Dövlət qeydiyyat №-si | AZ2012008689 |
Hərraca çıxarılan həcm (nominal qiymətlə) | 20 000 000 AZN |
Bir istiqrazların nominal qiyməti | 1000 АZN |
İstiqrazların tədavül müddəti | 3600 gün |
İstiqrazlar üzrə gəlirlilik | 3 % |
İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1003.50 AZN təşkil edəcəkdir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.