Faiz spredi artıb

Azərbaycan Respublikası Mərkəzi Bankının Statistik Bülleteninə əsasən, 2017-ci ilin fevral ayının əvvəlində  verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla 12.28%, xarici valyuta ilə 8.90% , depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə manatla 6.19%, xarici valyuta ilə 4.40% təşkil edib.

Bu göstəricilər əsasında manatla faiz spredi 6,61%,  xarici valyuta ilə 4,50%-dir.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayının əvvəlinə manatla faiz spredi 5,55%,  xarici valyuta ilə 3,94% olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır