İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Natiq Mədətov Azərbaycan Arıçılar Assosasiyasının regional nümayəndiliyinin açılışı ilə bağlı keçirilən tədbirə qatılıb. Açılış Azexport komandasının Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlarla keçirdiyi görüş çərçivəsində reallaşıb.
Tədbir zamanı arıçılarla təşkil olunan görüşdə şimal bölgəsində bal ixracının artırılması məsələsi ətraflı müzakirə olunub. Bildirilib ki, dünya bazarlarında yüksək keyfiyyətli və ekoloji təmiz Azərbaycan balına böyük maraq var və bu sahədə geniş ixrac potensialı mövcuddur. N.Mədətov Arıçılar Assosasiyasına üzv olan arıçılara Azexport portal barədə ətraflı məlumat verilib. Azexport portalının bal istehsalı ilə məşğul olan sahibkarlarla yaratdığı ixrac imkanları ətraflı şəkildə izah edib. Azexport portalın arıçıların yeni bazarlara çıxmasına və müştəri tapmaların böyük töhfə verəcəyini bildirib. Onların nəzərinə çatdırılıb ki, Azexport portalından istifadə etməklə arıçılıq məhsullarının dünya bazarlarına çıxararkən sertifikatlaşmadan başlayaraq, çatdırılmaya kimi bir çox xidmətlərdən yararlana bilərlər.
O, vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidentinin Fərmana əsasən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfindən yaradılan “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” da sahibkarlara əlavə imkanlar verəcək.
Daha sonra N.Mədətov Şabran, Xaçmaz və Qusar rayonların səfər edərək arıçılarla ayrı ayrılıqda görüşüb.
Şimal bölgəsində keçirilən görüşlər zamanı Azexport portal vasitəsi ilə Azərbaycandan bal ixracının artırılması üçün fəaliyyətin gücləndirilməsi ilə bağlı arıçılarla razılıq əldə olunub.