Nominasiyalar üzrə ilk beşliyə daxil olan lider banklar da mükafatlandırılıb

Nağdsız ödənişlər üzrə nominasiyalar çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən bankların mükafatlandırılma mərasimi keçirilib.

Bu haqda BBN.az-a ABA-dan məlumat verilib.

Məlumata əsaəsən, AMB-nin təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyi ilə 2016-cı ildə nağdsız ödənişlər üzrə nominasiyalar çərçivəsində bankların illik fəaliyyətlərinin qiymətləndirilməsi və aktiv olanların mükafatlandırılması həyata keçirilib.

Həmçinin tədbirdə fərqli nominasiyalar üzrə ilk beşliyə düşən banklara isə “Təşəkkürnamə” verilib.

Nağdsız ödənişlər üzrə verdikləri töhfəyə görə “Təşəkkürnamə” verilən banklar aşağıdakılardır:

  1. “Azərbaycan Sənaye Bankı” ASC;
  2. “Bank Silk Vey” ASC;
  3. “Naxçıvan Bank” ASC;
  4. “Paşa Bank” ASC;
  5. “Xalq Bank” ASC.

Qeyd edək ki, banklar arasında maliyyə vasitəçiliyində innovasiyaların tətbiqinin genişləndirilməsi, elektron bankçılıq xidmətlərinin inkişaf etdirilməsi, nağdsız ödəniş alətlərindən istifadənin artırılması məqsədi ilə 2013-cü ildən bəri hər il nominasiya müsabiqəsi keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır