Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”nin ABŞ-dakı emissiya ilə bağlı məhkəməsində 10 Amerikalı əyalətlə razılaşdığı bildirilib. Şirkət 10 əyalətə cəmi 157 milyon dollar ödəniş etməyi qəbul edib.
“Volkswagen”dən verilən açıqlamalara görə, şirkətin avtomobillərində dizel yanacaqlarından istifadə edərək testlərin keçirilməsilə əlaqədar ətraf mühiti çirkləndirdiyinə görə bu vəsait ABŞ-ın 10 əyalətinə ödəniləcək.
Sözü gedən əyalətlər siyahısına Connecticut, Delaware, Maine, Massachusetts, New York, Oregon, Pennsylvania, Rhode Island, Vermont ve Washington daxildir.