5 aprel 2017-ci il tarixində “Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” mövzusu ətrafında konfrans keçirilib.
Konfransda IFC-nin hüquq məsləhətçisi Aqil Abdullayev bildirib ki, daşınar əmlakın yüklülüyü ilə bağlı qanun 4 hissədən ibarət olacaqdır.
BBN.az xəbər verir ki, qanun layihəsinin əhatə edəcəyi 4 hissə aşağıdakılardır:
- Daşınar əmlakın yüklülüyünə fuksional yanaşma;
- Daşınar əmlak üzərində üstünlük qaydasının müəyyənləşdirilməsi;
- Məlumatın tərəflərə açıqlanma qaydası;
- Əmlaka tutmanın yönəldilməsi qaydası.