Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 05 aprel 2017-ci il tarixli qərarına əsasən “Bank VTB” (Azərbaycan) ASC-nin “Azadlıq” və “Sumqayıt” filialları və “NİKOYL İKB” ASC-nin “Masallı” filialına verilmiş icazələr ləğv edilib.
Banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını qeyd edib.
Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2.9-cu və 17.3-cü maddələrini, eləcə də MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq Bank VTB (Azərbaycan) ASC-nin “Azadlıq” filialının 01.08.2014-cü il tarixli №162/9 saylı və “Sumqayıt” filialının 05.11.2014-cü il tarixli №162/13 saylı icazələrini, həmçinin “NİKOYL” İKB ASC-nin “Masallı” filialının 25.06.2014-cü il tarixli 203/19 saylı icazəsini ləğv edib.
Direktorlar Şurasının iclasında həmçinin “Azərpoçt” MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazəsinin ləğvi ilə bağlı müraciətə baxılıb və müsbət qərar qəbul edilib.
MBNP “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.5.4-cü maddəsinə əsasən “Azərpoçt” MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 26.08.2010-cu il tarixli 1-MO/Ş-149 saylı icazənı ləğv edib.