2017-ci ilin mart ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 79 min 910 ton Azərbaycan nefti nəql olunub.Cari ilin yanvar-mart aylarında bu kəmərlə 6 milyon 481 min 809 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il aprel ayının 1-ə qədər BTC-yə 328 milyon 19 min 871 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin mart ayında BTC kəməri ilə 17 min 471 ton Türkmənistan nefti nəql olunub.