Azərbaycan-Rusiya arasında ticarət dövriyyəsi 10,5% artıb

Aprelin 5-də Sankt-Peterburqda Azərbaycan Respublikası və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq Komissiyasının ilk iclası keçirilib.

Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradılıb, 50-dən çoxu iqtisadi sahəyə aid olmaqla 170-dən artıq sənəd imzalanıb.

Qeyd edək ki, indiyə qədər Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard dollar, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırılıb. Azərbaycanda Rusiya sərmayəli 700-dək müəssisə fəaliyyət göstərir. 2016-cı ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 10,5 faiz artmaqla 2 milyard dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır