“Azərikimya” İB-nin məhsulu “Sankt-Peterburq” birjasında satılacaq

2017-ci ilin aprel ayından etibarən “Azərikimya” İstehsalat Birliyinin istehsalı olan 15803-020 markalı yüksək təzyiqli polietilen “Sankt-Peterburq” SC birjasında satışa çıxarılıb.

“SOCAR”ın məlumatına əsasən, satış məhsulun “Noginsk anbar kompleksi” QSC anbarından alıcının avtonəqliyyat vasitəsi ilə çıxarılması şərti ilə həyata keçirilir.

15803-020 markalı yüksək təzyiqli polietilen texniki təyinatlı məmulatların ərzaq məhsulları ilə təmasda olan məmulatların, oyuncaqların, örtük materiallarının istehsalında, tibb sahəsində, o cümlədən dərman preparatlarının qablaşdırılmasında, habelə kənd təsərrüfatında tətbiq olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır