Nifrət və terrorizm təbliğ edən videolara görə Youtube–a reklam verməyi dayandıran şirkətlərin sayı 250-ni keçib. Onlar arasında AT&T, Verizon, Volkswagen, PepsiCo, Wal-Mart, Nestle ve Starbucks da yer alır. Boykotun nəticəsi olaraq şirkətin 750 milyon dollar itirəcəyi gözlənilir.
Qeyd edək ki, Google şirkəti problemin “Youtube”un filtrləmə sistemindən qaynaqlandığını və qısa zaman da nasazlığın aradan qaldırılacağını bildirib.