Banklarda səfirliklərə təqdim edilmək üçün verilən arayışların qiyməti nə qədərdir? – SIRALAMA

Bəzi xarici ölkələrə səfər etmək üçün vizanın alınması zamanı bank hesabında müəyyən vəsaitin olması tələb edilir. Bunun üçün səfər etmək istəyən şəxs bankda vəsait yerləşdirməli və bankdan bu haqda arayış alıb, viza üçün tələb olunan sənədlərlər birlikdə xarici ölkənin Azərbaycanda yerləşən diplomatik nümayəndəsinə təqdim etməlidir.

Bəs bu arayışın qiyməti nə qədərdir? 

BBN.az olaraq, bu istiqamətdə bankların sıralamasını təqdim edirik.  Araşdırma nəticəsində məlum olub ki, banklarda bu arayışın qiyməti bir-birindən kəskin fərqlənir. Bəzilərində bu arayışın qiyməti cəmi 2 manat olsa da, digərlərində bu qiymət daha çox olur. Hətta bir bankda çıxarışla birlikdə tələb edildiyi halda, müştəri bu arayışı 51 manata* əldə edə bilir.

Sıra Bankın adı Arayışın qiyməti, manatla Qeyd
1 Amrahbank ASC 2 Fiziki şəxslər üçün 2 AZN,
Hüquqi şəxslər üçün 3 AZN
2 DəmirBank ASC 2 Fiziki şəxslər üçün 5 AZN,
Hüquqi şəxslər üçün 2 AZN
3 Expressbank ASC 2
4 TuranBank ASC 2
5 Bank BTB ASC 3
6 Bank Avrasiya ASC 5
7 Naxçıvanbank ASC 5
8 NİKOYL Bank İKB ASC 5
9 PAŞA Bank ASC 5
10 Rabitəbank ASC 5
11 Xalq Bank ASC 8
12 AFB Bank ASC 10
13 AGBank ASC 10 Hesabdakı qalığın 0.5%-i miqdarında
14 Azər Türk Bank ASC 10
15 Azərbaycan Beynəlxalq Bankı ASC 10
16 Azərbaycan Sənaye Bankı ASC 10
17 Bank Melli İran Bakı filialı 10
18 Bank of Baku ASC 10
19 Bank Respublika ASC 10
20 Caspian Development Bank ASC 10
21 Günay Bank ASC 10
22 Kapital Bank ASC 10
23 Silk Vey Bank ASC 10
24 Unibank KB ASC 10
25 Yapı Kredi Bank Azərbaycan QSC 10
26 Bank VTB (Azərbaycan) ASC 11.8 Xarici dildə (rus dili istisan olmaqla) 17.7 AZN
27 AtaBank ASC* 17.03  Fiziki şəxslər üçün 10 USD,
Hüquqi şəxslər üçün 20 USD, əlavə olaraq çıxarış üçün +10 USD
28 AccessBank QSC 20
29 NBCBank ASC 20
30 Muğanbank ASC Sırf arayış üçün qiymət təyin edilməmişdir, lakin bu tip hesablardan nağdlaşdırma zamanı 1% komissiyanın tətbiqi həyata keçirilir.

*Arayışın qiyməti dollarla olduğu üçün 13 aprel 2017-ci il tarixinə Mərkəzi Bankın rəsmi məzənnəsi ilə hesablanmışdır.

BBN.az tərəfindən aparılan bu tip bazar araşdırmaları ilə mütəmadi olaraq, tanış olmaq üçün səhifəmizi bəyənə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır