AccessBank-ın İdarə Heyətinə yeni sədr təyin olunub

AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffmannın beş illik səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq, Bankın Səhmdarların Ümumi Yığıncağının qərarı ilə bu vəzifəyə Rolf Reichardt təyin olunub. Doktor Rolf Reichardt 2014-cü ildən AccessBank-da Maliyyə üzrə İcraçı Direktor vəzifəsində çalışıb.

“AccessBank-ın güclü komandası ilə çalışacağımdan və əvvəlki sədrin uğurlu fəaliyyətini davam etdirməkdən çox məmnunam. Azərbaycanın aparıcı banklarından biri olaraq biz hər zaman olduğu kimi müştərilərimizə müasir və etibarlı maliyyə xidmətləri təqdim edəcəyik” – Rolf Reichardt öz şərhində bildirib.

AccessBank-da iş fəaliyyətindən öncə Rolf Reichardt 20 ildən artıq Almaniyanın bir sıra iri banklarında risklərin idarə edilməsi üzrə müxtəlif vəzifələrdə çalışıb. O, Höte Universitetində fəlsəfə doktoru dərəcəsini alıb və Yeni Zelandiyanın Oklend, Almaniyanın Kil və ABŞ-ın Yuta universitetlərində iqtisadi təhsil alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır