İllik istehsal gücü 400 min ton olan bitum qurğusu inşa ediləcək

Heydər Əliyev adına Neft Emalı Zavodunda “Azfen” şirkəti ilə yeni bitum istehsalı qurğusunda tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə dair müqavilənin rəsmi imzalanma mərasimi keçirlib.Mərasimdə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, H.Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, “Azfen” şirkətinin baş direktoru Həmid Həsənov, eləcə də hər iki qurumun rəhbər nümayəndələri iştirak ediblər.
Mərasimin sonunda yeni bitum qurğusunun tikintisi ilə əlaqədar müqavilə imzalanıb.

Qeyd edək ki, H.Əliyev adına NEZ-də aparılan yenidənqurma tədbirlərinin ilkin mərhələsi çərçivəsində inşa ediləcək yeni bitum qurğusunun illik istehsal gücü 400 min ton olacaq və qurğuda “EN 40/60” markalı yüksək keyfiyyətli yol bitumu istehsal olunacaq. Qurğunun 2018-ci ilin ikinci yarısında istismara verilməsi nəzərdə tutulur. Bununla da keçmiş “Azərneftyağ” neft emalı zavodunun tamamilə istismardan çıxarılması və dənizkənarı ərazilərin boşaldılaraq “Ağ şəhər” layihəsinə təhvil verilməsi təmin ediləcək, zavodun istismar xərcləri optimallaşdırılacaq, nəticədə Bakı şəhərində ekoloji durumunun yaxşılaşdırılmasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır