Bağlanan bankların əmlakları artıq qiymətləndirilib və hərraclar vasitəsi ilə satışa çıxarılacaq.
Bu haqda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hərrac əvvəlcədən müəyyənləşdirilmiş qaydada və tam şəffaf keçiriləcəkdir. ADIF və kreditorlar müşahidəçi kimi çıxış edəcəkdirıər.