AzərTürk Bank ASC 2017-ci ilin birinci rübünün maliyyə göstəricilərini açıqlayıb. Göstəricilərə əsasən, cari ilin birinci rübünün sonunda bankın xalis mənfəəti 1 064 552 manat olub.
İlin birinci rübünün sonunda bankın faiz gəlirləri 5.4 mln. manat , faiz xərcləri isə 1. 7 mln. manat təşkil edib, eyni zamanda qeyri-faiz gəlirləri 2.6 mln. manat, qeyri-faiz xərcləri isə 0.5 mln. manat qeydə alınıb.
Göstəricilər | 2017-ci ilin birinci rübü (mln. manat) | 2016-cı ilin yekunu(mln. manat) | Fərq |
Aktivlər | 288,8 | 469, 5 | -38% |
Depozit portfeli | 187,8 | 265, 9 | -29% |
Kredit portfeli | 140,1 | 149, 2 | -6% |