ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupu ilin ən fəal ekspert qrupu seçilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə” Ekspert Qrupu “İlin Ən Fəal Ekspert Qrupu” nominasiyası üzrə I yerə layiq görülüb. 

14 aprel 2017-ci il tarixində ABA-nın Rəyasət Heyətinin iclası zamanı 2016-cı ildəki aktiv fəaliyyəti ilə seçilən Ekspert Qrupları “İlin Ən Fəal Ekspert Qrupu” nominasiyası üzrə təltif ediliblər.

Mükafatı Ekspert Qrupu adından həmin qrupun sədri və “Ata Holding” ASC-nin “Hüquq” Departamentinin direktoru Qorxmaz Ağayev qəbul edib.

Ekspert Qrupunda 21 bank təmsil olunur:

  1. Accessbank;
  2. AGBank;
  3. Atabank;
  4. Azərbaycan Sənaye Bankı;
  5. Azərbaycan Benəlxalq Bankı;
  6. Bank Avrasiya;
  7. Bank BTB;
  8. Bank of Baku;
  9. Bank Respublika;
  10. Bank VTB;
  11. Caspian Development Bank;
  12. Expressbank;
  13. Kapital Bank;
  14. Nikoil Bank;
  15. PAŞA Bank;
  16. Rabitəbank;
  17. Turan Bank;
  18. Unibank;
  19. Xalq Bank;
  20. Yapı Kredi Bank Azərbaycan;
  21. Ziraat Bank

Qeyd edək ki, Qrupda bank və maliyyə sisteminə aid qanunvericilik aktlarının, hüquqi-normativ sənədlərin təhlili, onlardakı mümkün boşluq və ziddiyyətlərin aşkar edilməsi və bu istiqamətdə zəruri təkliflərin hazırlanması, maliyyə-bank sisteminə aid müvafiq qanunvericilik təşəbbüslərinin işlənib hazırlanmasında peşəkar iştirak, əlaqədar qurumlara əsaslandırılmış təkliflərin hazırlanması və bu qəbildən olan digər fəaliyyətlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır