Rövnəq Abdullayev Maltada elektrik stansiyası və qaz terminalının açılışında iştirak edib

Aprelin 24-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Maltada olub.SOCAR-ın prezidenti və nümayəndə heyətinin üzvləri Marsaşlokk şəhərində ”SOCAR Traiding”in həmtəsisçi olduğu ”ElectroGas Malta” şirkəti tərəfindən inşa olunmuş qaz terminalı və elektrik stansiyasının açılış mərasimində iştirak edib..Maltanın Baş naziri Cozef Muskat və bu ölkənin rəsmi şəxslərinin iştirak etdiyi mərasimdə qeyd olunub ki,, SOCAR Maltada yeni elektrik stansiyasına maye təbii qaz tədarük etməklə, eləcə də onu ”Enemalta” dövlət enerji şirkətinə satmaqla bu ölkədə elektrik enerjisi mənbəyi kimi mazutdan tam imtina edilməsi üçün şərait yaradıb. Mərasimin birinci hissəsində Marsaşlokk şəhər sakinlərinin müşayiəti ilə mazutla çalışan ”Delimara-1” elektrik stansiyası istismardan çıxarılıb.Maltanın Baş naziri Cozef Muskat layihənin səhmdarları olan ”SOCAR Trading”, ”SiemensPV” və ”GEMHolding” şirkətlərinin dəstəyi ilə ”ElectroGas Malta”nın gördüyü işlərdən danışıb. Bildirib ki, həyata keçirilən tədbirlər elektrik enerjisi qiymətlərini 25%, atmosferə atılan zərərli tullantıların miqdarını isə 90% azaltmağa imkan verir. Rövnəq Abdullayev həmçinin, SOCAR-ın Maltada uzun müddət fəaliyyət göstərməsi üçün perspektivlər olduğunu vurğulayıb.

Qeyd edək ki, tədbir çərçivəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev Malta rəsmiləri ilə bir sıra görüşlər keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır