Aprelin 26-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə həsr olunan Konfrans keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının nümayəndələri, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib. Öncə sahibkarların, bir sıra dövlət orqanlarının və ictimai birliklərin nümayəndələrinin sahibkarlığın inkişafında göstərdikləri xidmətlərə görə təltif edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2017-ci il tarixli Sərəncamı oxunub.
Azərbaycan Respublikası Konfransda çıxış edən sahibkarlar, Azərbaycandakı Amerika Ticarət Palatasının, ATİB-in, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının nümayəndələri Azərbaycan Respublikası Prezidentinin sahibkarlara daim dəstək göstərdiyini, sahibkarlıq sahəsində həyata keçirilən islahatları və qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə, “Sahibkarlar Günü”nün təsis edilməsinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, konfrans çərçivəsində 15 sahibkarlıq subyektinə ümumi dəyəri 86,5 mln. manat olan investisiya layihələri üzrə investisiya təşviqi sənədi və 15 sahibkara ixracla bağlı 704,9 min manat həcmində geri ödəmə barədə məktub-sərəncamlar təqdim edilib.