2025-ci ilədək Azərbaycanın neft hasilatında 38 milyon tonadək azalma ola bilər.
Bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strateji inkişaf və investisiya layihələri şöbəsinin rəisi Tariyel Mirzəyev deyib.
Tariyel Mirzəyev bu proqnozların şirkət tərəfindən SOCAR və digər mənbələrə istinadən hazırlandığını bildirib.
O qeyd edib ki, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin ümumi buraxılış qüvvəsi 57,4 milyon təşkil edir ki, bu da Azərbaycana bu kəmərlər vasitəsilə Qazaxıstan və Türkmənistan neftini tədarük etməyə imkan verir.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 41,03 milyon ton neft və qaz kondensatı hasil olunub. Bu, 2015-ci ilin göstəricisindən 1,5 faiz azdır.
Mənbə: Trend