Malın mənşə ölkəsini təsdiq edən sertifikatın xərcləri 30% azaldılıb

Aprelin 28-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən “Mənşə ekspertizaları və ixrac zamanı güzəştlərin tətbiqi” mövzusunda tədbir keçirilib.

İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru Fazil Məmmədov sahibkarlara göstərilən hərtərəfli dövlət dəstəyini vurğulayıb, sahibkarların ekspertiza sahəsində qarşılaşdıqları məsələlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi sahəsində İstehlak Mallarının Ekspertizası Mərkəzində görülən işlər barədə məlumat verib.
Mərkəzin şöbə müdiri Elçin Məlikov Azərbaycan mənşəli malların ixrac proseduru, mənşə ekpertizalarının aparılması qaydaları, ixraca tətbiq edilən güzəştlər, bu güzəştlərdən yararlanmaq imkanları barədə təqdimatla çıxış edib. Təqdimatda həmçinin vurğulanıb ki, son dövrdə aparılan islahatlar nəticəsində ixrac proseduru sadələşdirilib, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi sadələşdirilərək müddəti 3 gündən 1 günə endirilib, sertifikatın əldə edilməsi üçün ekspertiza xərcləri 30% azaldılıb..

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır