Ləğvetmə prosesində olan “Kredobank” ın Kreditorlar Komitəsi yaradılır

 

Ləğvetmə prosesində olan “Kredobank” ASC-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 03.03.2017-cı il tarixində məhkəmə tərəfindən təsdiq edilib.Məhkəmənin qərarı rəhbər tutularaq ləğvedici tərəfindən komitənin tərkibinin formalaşdırılması üçün bankın kreditorlarına artıq dəvət məktubları göndərilib.

10.05.2017-cı il tarixində “Kredobank” ASC-nin ləğvi ilə bağlı Kreditorlar Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulur.Kreditorlar Komitəsinin iclası saat 16:00-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən inzibatı binasında baş tutacaq.

Qeyd edək ki.“KredoBank” ASC-nin bank lisenziyası 22.07.2016-cı il tarixdən etibarən ləğv edilib. Əmanətlərin Sığortalanması Fondu  bankın ləğvedicisi  təyin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır