“Vergilər” mövzusunda 11-ci olimpiada başa çatıb

May ayının 5-də Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində ölkənin 17 ali məktəbinin 300-dən yuxarı tələbə və magistrantının iştirak etdiyi “Vergilər” mövzusunda 11-ci olimpiadanın yekun mərhələsi keçirilib. İştirakçılar  vergilər sahəsində öz biliklərini yoxlayıb. Yekun mərhələ üçün bakalavrlara vergi qanunvericiliyi fənni üzrə 50, magistrlərə isə vergi qanunvericiliyi fənni üzrə 50, vergi inzibatçılığı fənni üzrə 25 sual olmaqla ümumilikdə 75 sualdan ibarət olan fərdi test bazası hazırlanıb. Olimpiada onlayn rejimdə baş tutub. Sonda  ən yüksək nəticə göstərmiş tələbə və magistrantların, həmçinin onların müəllimlərinin adları elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır