16 may saat 15:00–da Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanamsı Fondunun inzibati binasında ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin Kreditorlar Komitəsinin iclası keçiriləcək.
Yığıncağın gündəliyinə Kreditorlar Komitəsinin Əsasnaməsi ilə tanışlıq, Kreditorlar Komitəsinin sədrinin seçilməsi, komitənin iclas katibinin seçilməsi, komitənin iş planının hazırlanması, komitənin növbəti iclas tarixinin və gündəliyinin müəyyən edilməsi məsələləri daxildir.
Qeyd edək ki, “Qafqaz İnkişaf Bankı” ASC – in lisenziyası 27 yanvar 2016-cı il tarixində ləğv edilib. Əmanətlərin Sığortalanması Fondu onun ləğvedici təyin olunub.