İdxal əməliyyatlarının həcmi 17% azalıb

2017-cı ilin yanvar-aprel ayları ərzində  Azərbaycanın idxal əməliyyatlarının həcmi 2 milyard 164 milyon dollar təşkil edib. Belə ki, ölkəyə idxal olunan məhsulların ümumi dəyəri  ötən ilin müvafiq dövrünə nisbətən 16.5 % azalıb.

İdxal əmliyyatlarının həcmində dövlət sektorunun payı 271 milyon dollar və ya 12, 5%, özəl sektorun payı 1 milyard 767 milyon dollar  və ya 81.7 % təşkil edib.

Qeyd edək ki, idxal əməliyyatlarının ümumi həcminin 125 milyon dolları və ya 5.8 %-i fiziki şəxslərin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır