“SOCAR” aprel ayı üzrə ödənişlərini açıqlayıb. Belə ki, Dövlət Neft Şirkəti aprel ayı ərzində dövlət büdcəsinə 133 milyon 659 min manat vəsait ödəyib. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 13 milyon 814 min manat və ya 11,5 % çoxdur.
Ümumiyyətlə, bu ilin yanvar-aprel ayları ərzində büdcəyə 530 milyon 302 min manat ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 85 milyon 327 min manat və 19,2% çox olub.
Qeyd edək ki, “SOCAR” Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 247 min manat vəsait köçürüb. Bu göstərici ötən llə müqayisədə 109 min manat və ya 0.8% çoxdur.