Mərkəzi Bank növbəti depozit hərracını elan edib

Azərbaycan  Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb.

Məlumata görə, hərrac 15 may 2017-ci il tarixində keçiriləcək.

Saat 11.00-11.15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 150 mln. manat vəsaitin cəlb edilməsi planlaşdırılır.

Qeyd edək ki, hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 12,01% – 14,99% aralığındadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır