ƏMDK tərəfindən 88 dövlət əmlakı hərraca çıxarılıb

Əmlak Məslələri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi məqsədilə yeni hərrac elan olunub. Hərrac 13 iyun 2017-ci ildə keçiriləcək. Bu hərraca ümumilikdə 88 əmlak çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyəti, 40-ı kiçik dövlət müəssisə və obyekti, 28-i isə istifadəsiz qeyri-yaşayış sahəsidir.

Özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələrinin 23-ü Bakıda, 1- i Kürdəmirdə, 3-ü Gəncədə, 1-i Ağstafadadır.

Qeyd edək ki, hərracda yüksək start qiyməti ilə seçilən əmlak İmişli rayonunda yerləşən “Yardımçı Təsərrüfat”dır. Bu əmlak 450 min manata təklif olunur. Əmlakın ümumi faydalı sahəsi 533 kv.m, torpaq sahəsi isə 190 min kv.m-ə yaxındır

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır