Vergilər Nazirliyi aprel ayında çağrı mərkəzinə gələn zənglərlə bağlı hesabatını açıqlayıb. Belə ki, aprel ayı ərzində nazirliyə 57691 zəng, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün 46130 zəng daxil olub.
2017-ci ildə ümumilikdə daxil olan zənglər, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglər 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 52,9% və 63,1% artaraq 196 658 və 148 086 olub.
Qeyd edək ki, hesabat ayında vergi ödəyicilərinə 177809 SMS göndərilib.