Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
16 may 2017-ci il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 218 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 58 milyon 227 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 771 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 87 min manatdan artıq kompensasiya ödənilib.
Həmçinin, 16 may 2017-ci il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 320 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan artıq kompensasiya edilib.
16 may 2017-ci il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 437 milyon 345 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99,1 %-i əmanətçilərə ödənilib.
16 may 2017-ci il tarixdə “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 690 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 80,4 %-i əmanətçilərə ödənilib.
Qeyd edək ki, ümumilikdə Fond tərəfindən 11 bank üzrə 733 milyon 202 min manatdan artıq kompensasiya edilib.