Hərracda tələb təklifi üstələyib

17 may 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50101056S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 25 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

Hərrac zamanı 8 investor tərəfindən 12 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 117,983,500.00 AZN təşkil edib.

 

Sifarişlər 98.8848 AZN (14.4999%) və 99.0749 AZN (12.0052%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.0749 AZN (12.0052%), orta ölçülmüş qiyməti – 99.0749 AZN (12.0052%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 25,000,000.00 AZN manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, notların ödəmə tarixi 14.06.2017-ci ildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır