ABB korporativ müştəriləri üçün yeni imkan yaradıb

Azərbaycan Beynəlxalq Bankı öz korporativ müştəriləri üçün daha bir imkan yaradıb. Belə ki, korporativ müştərilərin İnternetBank sisteminin əməliyyat imkanları genişləndirilərək, sistemə əmək haqqı faylının yüklənməsi funksiyası da əlavə olunub. Bu yeniliyin yaratdığı imkanlardan faydalanmaqla, korporativ müştərilər əmək haqlarının fərdi kart hesablarına köçürülməsi əməliyyatlarını indi daha uyğun, rahat və operativ şəkildə yerinə yetirə bilərlər. Bu funksiya əməkdaşların əmək haqlarının ödənişi, eləcə də digər sosial xarakterli ödənişlərlə bağlı bankla məlumat mübadiləsinin optimallaşdırılmasına, bu prosedurun sürətləndirilməsinə imkan verir.

Bankın həm fərdi, həm də korporativ müştərilər üçün yaratdığı İnternetBank xidməti hüquqi şəxs və sahibkar fiziki şəxs olan müştərilərə cari, əmanət, kredit hesablarını məsafədən idarə etmək və internet üzərindən müxtəlif bank əməliyyatları aparmaq imkanı verir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır