“Uber” in vergiyə cəlb edilməsiylə bağlı məsələyə aydınlıq gətirilib

“Uber” ə vergi tətbiq edilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.  Bu barədə Vergilər Nazirliyinin rəsmi məktubunda qeyd olunub.

Bildirilib ki, “Uber” taksi xidmətlərinin göstərilməsinə görə banklar tərəfindən ödəmə mənbəyində verginin tutulması ilə bağlı qeyri-rezidentə aparılan ödənişlərin tam məbləğindən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən 18 %  dərəcə ilə ƏDV tutularaq dövlət büdcəsinə ödənilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 125.1.9-cu, 169.1-ci və 169.3-cü maddələri ilə tənzimlənir.

Xatırladaq ki, “UBER” taksi xidmətin görə edilən nağdsız ödənişlərin 18%-lik ƏDV-yə cəlb edilməsinə qərarı verilmişdi.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır