Gömrük Komitəsinin sədri Salyan şəhərində vətəndaşları qəbul edib

Mayın 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbulda bölgədə yerləşən – Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qeyd edək ki, qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır