Cari ilin birinci rübü ərzində ölkədə 79 min 600-ü daimi olmaqla 86 min 400 yeni iş yeri açılıb. Bunların 87,5%-i qeyri-dövlət sektoruna aiddir. Yeni iş yerlərinin 76,2%-i regionların, 23,1%-i Bakı şəhərinin, 0,7%i Naxçıvanın payına düşür.
Qeyd edək ki, regionlarda yaradılan yeni iş yerləri Aran iqtisadi rayonu üzrə 25,7%, Lənkəran üzrə 13,9%, Gəncə-Qazax üzrə 11,3 %, Dağlıq Şirvan üzrə 5,8%, Şəki-Zaqatala üzrə 5,7%, Abşeron rayonu üzrə 5,6%, Quba-Xaçmaz üzrə 4,7%, Yuxarı Qarabağ üzrə 3,2%, Kəlbəcər-Laçın üzrə 0,3% təşkil edir.