30 may 2017-ci ildə Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104011546 ISIN kodlu, 364 gün tədavül müddətli, 25 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 9 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 62,704,800.00 AZN təşkil edib. Sifarişlər 84.8167 AZN yəni 17.9999% və 87.3969 AZN yəni 14.4999% qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 87.0187 AZN yəni 15.0000%, orta ölçülmüş qiyməti 87.1975 AZN yəni 14.7630% təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 31.05.2017 tarixində həyata keçiriləcək.
Qeyd edək ki, istiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 25 000 000 AZN təşkil edib. İstiqrazların ödəmə tarixi 29.05.2018-cı ildir.