“Azneft” İstehsalat Birliyi tərəfindən “Neft Daşları” yatağında hasilatın artırılması üçün yeni quyuların qazılması işləri uğurla davam etdirilir.Bu günlərdə “Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündən 2583 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin X horizontundan fontan üsulu ilə məhsul vermiş, 2070-2053 metr intervaldan sutkalıq 23 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.