Türk aviasiya kadrları Rusiyaya vizasız gedəcək

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı bəzi iqtisadi məhdudiyyətləri ləğv edən fərman imzalayıb.

Fərmana görə, Türkiyə vətəndaşlarının Rusiyada işlə təmin edilmələrinə qarşı maneə aradan qaldırılıb.

Fərmanda, həmçinin, türk şirkətlərinin bəzi sektorlarda işlərinə qarşı qadağa da ləğv edilib.

Rusiyaya vizasız səyahət edə biləcək türk vətəndaşlarının əhatəsinin genişləndirilməsi və türk aviasiya kadrlarının Rusiyaya vizasız səyahət etmələrinə qarşı əngəlin aradan qaldırılması da fərmana daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır